Bakıda ağırçəkili adamı evdən çıxarmaq üçün xilasedici çağırıblar

Hadisə

24.06.2019 - 11:37

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu gəlib

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Suraxanı rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə