Atışma nəticəsində 8 nəfər ölüb, 2-si yaralanıb
Rusiyanın Zabaykalye diyarında yerləşən hərbi hissədə silahlı insident baş verib.
AYNA xarici mediaya istinadən xəbər verir ki, hərbi hissədə olan bir əsgərin xidmət yoldaşlarına atəş açması nəticəsində 8 nəfər həlak olub.
Atışma nəticəsində iki nəfər ağır yaralanıb. Ölən əsgərlər arasında çağırışçıların da olduğu bildirilir.
Rusiya Müdafiə Nazirliyi də bu barədə məlumat yayıb, məlumatda 8 nəfərin ölümü ilə nəticələnən insident təsdiqlənib.
Məlumatda o da qeyd olunub ki, Müdafiə nazirinin müavini, general-polkovnik Andrey Karpatoluvun rəhbərlik etdiyi komissiya hadisə yerinə ezam olunub.