Gizli dərman preparatları aşkarlanıb

Hadisə

02.12.2019 - 11:24

Hazırda faktla bağlı araşdırma aparılır

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Kia Cerato" markalı avtomobil ilə gələn Rusiya Federasiyası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

 

Gömrük yoxlaması zamanı vətəndaşın avtomobilinin yük yerində, ehtiyat təkər hissəsində gömrük nəzarətindən gizlədilən, salonundakı əl yükündə isə bəyan olunmayan 1525 ədəd və 799 flakon dərman preparatları, 10 şpris, 1 ədəd dəmir qablaşdırmada tənzimləyici başlığı ilə bir yerdə qaz balonu, 1 ədəd plastik qablaşdırmada olan maye, 4 ədəd alışqan aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az