Xaçmazda iki yanğın hadisəsi baş verib

Hadisə

08.11.2019 - 14:33

Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub

 

Xaçmaz rayonunun Seyidli kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 60 m² olan vaqon tipli tikilinin taxta üzlüyü və içərisində olan əşyalar 50 m² sahədə yanıb.

 

Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xaçmaz rayonunun Pirquluoba kəndində də yanğın baş verib. Ümumi sahəsi 180 m² olan ikimərtəbəli köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

 

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az