Hələlik intiharın hansı səbəbdən baş verdiyi məlum deyil
Sabirabad rayonunda intihar hadisəsi baş verib. AYNA Virtualaz.org-a istinadən bildirir ki, şəhərin H.Aslanov küçəsi, ev 25-də yaşayan 35 yaşlı Orxan Tofiq oğlu Məhərrəmli özünü yaşadığı evin həyətindəki üzüm çardağından asaraq intihar edib. Cəmi 6 gün əvvəl, iyun ayının 17-də Orxanın toyu olubmuş.
O.Məhərrəmli Sabirabad regional Toxumçuluq İdarəsində aqronom işləyib. Hələlik intiharın hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.