Azərbaycan ABŞ-a başsağlığı verib

Hadisə

04.08.2019 - 17:33

“Texas və Ohayo ştatlarında baş vermiş dəhşətli hadisələrdən dərin kədər hissi keçiririk”

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da avqustun 3-4-də baş verən silahlı insident zamanı həlak olanlarla bağlı başsağlığı verib. AYNA xəbər verir ki, XİN-in yaydığı başsağlığı mətnində deyilir:

 

“Çox sayda günahsız insanın ölümü və onlarla insanın yaralanması ilə nəticələnən ABŞ-ın Texas ştatının El Paso və Ohayo ştatının Deyton şəhərlərində baş vermiş dəhşətli hadisələrdən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralananlara isə tez zamanda sağalmağı arzu edirik”.

 

Xatırladaq ki, avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki "Sielo Vista" ticarət mərkəzində silahlı şəxsin insanlara  atəş açması nəticəsində 20 nəfər həyatını itirib. Bu gün isə ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

Müəllif: Ayna.az