Şamaxıda yük maşını aşdı, on yeddi yaşlı oğlan öldü

Hadisə

14.08.2019 - 07:41

Yük avtomobili dərəyə aşıb

 

Şamaxı rayonunda yol nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, FHN-dən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az