"Ermənistanda yeni qlobal qarşıdurma meydanına çevrilən proseslər başlayıb"
“Seçki prosesləri beynəlxalq qarşıdurmanın yeni qlobal arenasına çevrilib və bunu həm Qlobal Cənub ölkələri, həm də Avropa ölkələri tam şəkildə hiss edib”. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, keçmiş Prezident Dmitri Medvedev deyib.
"Seçki prosesləri yeni qlobal qarşıdurma arenasına çevrilib. Bu, təkcə Qlobal Cənub ölkələri tərəfindən deyil, həm də Avropa ölkələri tərəfindən tam şəkildə hiss olunub. Bu da özlüyündə bir müddət əvvəl təəccüblü görünərdi. Buraya Almaniya, Rumıniya, Bolqarıstan, Moldova, Ermənistan və bir çox başqa ölkələr daxildir. Bu yaxınlarda isə Braziliya daxil oldu”, - deyə qeyd edib.
“Pərdəarxası kuklalar hazırlıqsızdırlar və həm bu ölkələr daxilində, həm də onların sərhədlərindən kənarda xalqın iradəsini nəzərə almaq istəmirlər", - deyə əlavə edib.