Monqolustan Prezidenti istefa verib

Dünya

17.11.2026 - 11:43

“Prezidentin şərəfinə hücum xalqın şərəfinə hücumdur”

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux istefa verdiyini açıqlayıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.

"Hamınızın bildiyi kimi, son bir ay ərzində müəyyən cinayətkar qruplar Monqolustan Prezidentinin şərəfinə və vəzifəsinə ehtiyatsızcasına hücum edərək onun nüfuzuna xələl gətiriblər. Monqolustan Prezidenti Milli Təhlükəsizlik Şurasının rəhbəri və silahlı qüvvələrin komandanı kimi xalqın birliyini təmsil edir. Prezidentin şərəfinə hücum xalqın şərəfinə hücumdur. Mənə inanılmaz və son dərəcə ağır bir cinayətlə bağlı böhtan atılıb və təhqir olunmuşam. Bir müddətdir vəziyyəti müşahidə edərək susmuşam. Lakin məsuliyyətli vəzifə tutan bir şəxs kimi bu gün bu açıqlamanı vermək qərarına gəldim. Hamı qanun qarşısında bərabərdir. Dünən Demokrat Partiyasının bir qrupu Monqolustan Prezidentinin istefa verməsi və araşdırma aparması mövqeyini bildirdi. Mən bununla razıyam", - deyə Uxnaaqiyn Xurelsux mətbuat konfransında bildirib.

O, nüfuzuna xələl gətirənlərin "məsuliyyət daşıyacağına" və "şərəfinin bərpa olunacağına" əminlik ifadə verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş