Keçmiş rektor vəfat etdi

Hadisə

24.10.2019 - 19:47

Hüquq elmləri doktoru 80 yaşında dünyasını dəyişib

 

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Firudin Səməndərov vəfat edib. AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, hüquq elmləri doktoru 80 yaşında dünyasını dəyişib.

 

Qeyd edək ki, tanınmış alim 1992-1993-cü illər ərzində BDU-nun rektoru olub. O, 1939-cu il aprelin 12-də Saatlının Molday kəndində anadan olub.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az