Polis uşağı zəncirdən xilas edib və fakt üzrə protokol tərtib olunub
Paytaxtda polisləri heyrətə salan fakt ortaya çıxıb. Belə ki, ana azyaşlı oğlunu evdə zəncirləyibmiş. Bu barədə AYNA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, avqustun 20-də polisə paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində azyaşlının ayaqlarından zəncirlənməsi barədə məlumat daxil olub. Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib.
Ayna.az