FHN-ə üç həyəcan siqnalı daxil olub

Hadisə

07.11.2019 - 11:13

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Binəqədi, Nərimanov və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az