Yarasa nəcisi yığmaq üçün mağaraya girdi, başına iş gəldi...

Hadisə

09.08.2019 - 18:41

Həkimlər Klinikalar SEO Xidməti

Mağaranın dar keçidinə səfərbər olan 200 xilasedici Boranı, təxminən 10 saatdan sonra xilas edə bilib

 

Kambocada yarasa nəcisi toplamaq üçün mağaraya girən adamın başına qəribə iş gəlib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, mağaradakı dar keçiddə ilişib qalan adamı 4 gün sonra xilas etmək mümkün olub.

 

Məlumatlara görə, 28 yaşlı Sum Bora yarasa nəcisi toplamaq üçün mağaraya girsə də, arzusuna çata bilməyib. Belə ki, o, mağaranın içində hərəkət etmək istəyərkən ensiz keçidə ilişib və oradan xilas ola bilməyib. Boranın yalnız 4 gün sonra ailəsinə qovuşması mümkün olub. 

Zərəçəkənin xilası üçün mağaranın dar keçidinə səfərbər olan 200 xilasedici Boranı, təxminən 10 saatdan sonra xilas edə bilib.

 

Qeyd edək ki, “Quaon” adı ilə tanınan və gübrə kimi istifadə edilən yarasa peyinini yığımaq dünyanın ən kasıb ölkələrindən olan Kambocada bir çox insanın əsas peşəsinə çevrilib.

Müəllif: Ayna.az