Pələnglər dünyaca məşhur təlimçini parçalayıb

Hadisə

06.07.2019 - 00:19

Veber pələnglərin pəncəsindən qurtula bilsə də, sağ qalmayıb

 

Məşhur italiyalı təlimçi Ettor Veber faciəvi şəkildə ölüb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, heyvan təlimçisi pələnglərin hücumuna məruz qalıb.

 

61 yaşlı Ettor Veber qəfəsdə pələngələrlə məşq edirmiş. Pələnglərdən biri qəfil məşqçinin üstünə tullanıb. Bundan sonra Ettora daha 3 pələng hücum edib.

 

Təlimçinin həmkarları hadisə yerinə gələrək hücum edən pələngləri ondan uzaqlaşdırmağa çalışıblar. Amma bacarmayıblar.

 

Veber pələnglərin pəncəsindən qurtula bilib. Buna baxmayaraq, onun onurğası zədələnib, ciddi yaralanıb. Təlimçiyə tibbi yardım göstərilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb. O ölüb.

 

Qeyd edək ki, Ettor Veber dünyanın ən məşhur təlimçilərindən biri olub. O, ömrünün çox hissəsini məhz sirkə həsr edib.

Müəllif: Ayna.az