Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsində, ümumi sahəsi 60 m² olan tikilinin (avtoyuma və təkər təmiri sexi kimi fəaliyyət göstərir) çardağının yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tikilinin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı video-görüntü də yayılıb.