Dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 "qaynar xətt"inə, Mingəçevir su anbarında, qeyi-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.