Sumqayıtda Ermənistan istehsallı spirtli içkilər məhv edilib

Hadisə

12.09.2019 - 18:25

Həkimlər Klinikalar SEO Xidməti

Məhv edilən mallar istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış kateqoriyalara aiddir

 

Sentyabrın 12-də Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib. Bu barədə AYNA-ya DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 

Ümumilikdə, aksiz markası ilə markalanmayan müxtəlif markalı 3867640 ədəd siqaret, 24733 ədəd fişəng və şənlik üçün pirotexniki vəsitələr, 2486 ədəd dərman preparatları, 2106 ədəd yararsız, müxtəlif markalı telefon və aksesuarları, 7846 litr alkoqollu və sərinləşdirici içkilər, 18240 kq ərzaq və qeyri ərzaq məhsulları, 3140 kq yuyucu vasitələr və müxtəlif növ məişət malları məhv edilib.

Ayna.az