ABŞ administrasiyasında bu ssenarinin tərəfdarları bunun Trampa müharibəyə son qoymağa imkan verəcəyinə inanırlar
ABŞ hakimiyyətinin İran rəhbərliyindəki sərt xətt tərəfdarlarını hədəf almağı planlaşdırdığı iddia edilir.
AYNA.AZ xəbər verir ki, “NBC News”un məlumatına görə, ABŞ administrasiyasında bu ssenarinin tərəfdarları bu inkişafın Prezident Donald Trampa müharibəyə son qoymağa imkan verəcəyinə inanırlar.
RBC-nin məlumatına görə, təşəbbüsün əleyhdarları Tehranın mövqeyinin sərtləşməsi və gələcək sülh danışıqlarına inamı sarsıtmaq riski barədə xəbərdarlıq edirlər.
Daha əvvəl bildirilmişdi ki, İsrailin Baş naziri Benyamin Netanyahu hər gün ABŞ Prezidenti Donald Trampa zəng edərək, oradakı hökuməti devirmək üçün İranı bombalamağa davam etməyə çağırır. Onun mövqeyi bölgədə böyük və təhlükəli yeni eskalasiyadan qorxan ərəb liderləri arasında narahatlıq yaradıb.