“Cessna 210” təyyarəsi Missisipi ştatının Paskaqula şəhərinin cənub-qərbində qəzaya uğrayıb"
“Cessna 210” yüngül təyyarəsi Missisipi ştatının Paskaqula şəhərinin cənub-qərbində qəzaya uğrayıb. AYNA.AZ-ın xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasından (FAA) bildirilib.
“Cessna 210” təyyarəsi Missisipi ştatının Paskaqula şəhərinin cənub-qərbində qəzaya uğrayıb.
ABŞ mediasının məlumatına görə, təyyarə Luiziana ştatının Yeni Orlean şəhərindən Florida ştatının Fort Mayers şəhərinə gedirmiş. Təyyarənin göyərtəsində altı nəfər - dörd böyük və 8 və 10 yaşlarında iki oğlan uşağı olub. Onların dirisi, yaxud ölüsü hələ ki, tapılmayıb.
Media xəbərlərinə görə, əlaqə kəsilməzdən əvvəl təyyarə kəskin şəkildə enməyə başlayıb və suya düşüb.