Kayahanın arvadı ərə getdi

Dünya

14.09.2019 - 00:33

180 nəfər qonağı olan toy Bəylərbəyində baş tutub

 

Mərhum müğənni Kayahanın həyat yoldaşı İpək Açar ikinci dəfə ərə gedib.

 

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı Alper Kömürcü adlı musiqiçi ilə ailə qurub. 180 nəfər qonağı olan toy Bəylərbəyində baş tutub. İpəklə Alperin nikah şahidləri Daxili İşlər naziri Süleyman Soylu, Soylunun xanımı Hamdiye Soylu, Levon Kordonciyan və İlker Kömürcü olub.
 
Cütlük nikahdan sonra açıqlama verərək “Çox xoşbəxtik. Bal ayı üçün bir günlük Londona gedəcəyik” deyiblər.

Müəllif: Ayna.az