"Amerika döyüşmək istəsə, döyüşəcəyik"

Dünya

03.08.2019 - 14:51

Çin ABŞ-a meydan oxudu

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Çin nümayəndəsi Zhanq, BMT-nin Baş Qərərgahında jurnalistlərə açıqlama verib. AYNA dünya mətbuatına istinadən xəbər verir ki, Zhanq, son zamanlar ABŞ və Çin arasında baş verən ticarət müharibəsənə də toxunub.

 

"Əgər Amerika danışmaq istəsə danışacağıq, döyüşmək istəsə döyüşəcəyik" - deyə, Zhanq qeyd eləyib.

 

Qeyd edək ki, mart ayında iki ölkə arasında başlayan ticarət müharibəsi, son olaraq Çin texnologiyasına böyük zərbə vurmuşdu.

Müəllif: Ayna.az