Bakıda üç otaqlı ev yanıb

Hadisə

12.08.2019 - 02:39

Yanğın söndürülüb

 

Bakıda yanğın hadisəsi baş verib. AYNA xəbər verir ki, FHN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az