Müraciət zamanı şəxsiyyəti təsdiq edən sənədin və təhsil haqqında sənədin surəti təqdim edilməlidir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində mövcud vakant yerlərə tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir. AYNA.AZ xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib.
Qeyd olunub ki, 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanında uğur qazanaraq 40 bal və daha yüksək nəticə göstərmiş namizədlər vakant yerlər üzrə 25 noyabr - 1 dekabr 2026-cı il tarixlərində BŞTİ-yə müraciət edə bilərlər.
Müraciət zamanı şəxsiyyəti təsdiq edən sənədin və təhsil haqqında sənədin surəti təqdim edilməlidir.