Lənkaranda yol qəzası: Ölənlər və yaralananlar var

Hadisə

28.08.2019 - 23:39

10 nəfər ölüb
 
Lənkəran rayonunda yol qəzası baş verib.  AYNA Report-a istinadən xəbər verir ki, hadisə Bəleton kəndində qeydə alınıb. 
 
Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir. Hadisə zamanı avtobus yoldan çıxaraq yüksəklikdən aşağı aşıb. 
 
Nəticədə sürücü hadisə yerində ölüb. İlkin məlumata görə 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilir. 
 
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə