Səfirliyin fəaliyyətini dayandırması yeni ünvana köçməklə əlaqədardır
Latviyanın Azərbaycandakı səfirliyi sentyabrın 9-dan 15-dək fəaliyyət göstərməyəcək.
AYNA xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində məlumat verilib.
Bildirilib ki, səfirliyin fəaliyyətini bir neçə günlük dayandırması yeni ünvana köçməklə əlaqədardır.
Qeyd olunub ki, səfirlik sentyabrın 16-dan etibarən İSR Plaza, Nizami küçəsi 69, 11-ci mərtəbə ünvanında fəaliyyət göstərəcək.