Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri işdən azad edilib

Xəbərlər

19.11.2019 - 12:58

Ayaz Mirzəyev: “Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrıldım”

 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev vəzifəsindən ayrılıb. AYNA xəbər verir ki, o, bu barədə öz “Facebook” hesabında məlumat paylaşıb.

 

“Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm”, - deyə Mirzəyev yazıb.

Ayna.az