Fransa prezidenti: "Qərb ölkələrinin hökmranlığı sona çatır"

Dünya

31.08.2019 - 23:41

"Artıq vəziyyət dəyişir"

 

Fransa prezidenti Emmanuel Makron, maraqlı açıqlama ilə gündəmə gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Makron qlobal geosiyasi dəyişikliklər səbəbiylə, qərb ölkələrinin hökmranlığının sona çatdığını söyləyib. 

 

Fransa səfirləri qarşısında çıxış edən Makron, "Qərbin dünya üzərində hegamonluğunun sona çatdığını görürük. Artıq vəziyyət dəyişir"-qeyd edib. 

 

Makron onu da bildirib ki, bu gün dünya arenasında "yeni ölkələrin" gücləndiyini görürük. Bu ölkələr içində  Çin ilk sırada qərarlaşır. Rusiya isə durmadan böyük strateji uğurlara imza atır. 

 

Rusiya olmasa Avropada  yeni bir təhlükəsizlik arxitekturasının qurulması mümkün deyil, buna görə də Moskva ilə münasibətlər yenidən və daha dəridən düşünülməlidir. Əks halda Avropa qitsəi güvəndə olmayacaq"-deyə Makron əlavə edib. 

Müəllif: Ayna.az