"Danışıqlar Fransa tərəfinin təşəbbüsü ilə baş tutub"
Rusiya prezidenti Vladimir Putin və fransız həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
AYNA "Report"a istinadən xəbər verir ki, danışıqlar Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Fransa və Rusiya liderləri telefon söhbətinin gedişatında Suriyanın şimal-şərqində vəziyyəti müzakirə ediblər.
Vladimir Putin əlavə edib ki, rəsmi Moskva Suriya məsələsində tərəflər arasında əlaqələrin qurulmasına imkan yaradır.