Qatarların sürətinə məhdudiyyət qoyulub

Xəbərlər

09.08.2019 - 10:42

 

Azərbaycandakı kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

 

AYNA xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin açıqlamasında bildirilir. 

 

Məlumatda, həmçinin bildirilir ki, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların sürətinə məhdudiyyət qoyulmasıdır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə