Sabaha gözlənilən xəbər açıqlandı

Xəbərlər

06.08.2019 - 13:45

Abşeron yarımadasında gecə 21-24, gündüz 27-30, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti gözlənilir

 

Avqustun 7-də Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 27-30, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti gözlənilir.

 

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 50-60 faiz olacaq.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında isə sabah havanın, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şimal və şərq rayonlarında gecə və səhər şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

Müəllif: Ayna.az