Almaniya məktəblərində hicab qadağan edilə bilər

Hadisə

01.09.2019 - 01:31

Belə bir qadağa Almaniya konstitusiyasına zidd deyil

 

Almaniya məktəblilərə hicabı qadağan edəcək. AYNA azlegat.com-a istinadən xəbər verir ki, yerli mətbuata istinadən xəbər verir ki, Almaniyada məktəbli uşaqlara hicab taxmağı qadağan edəcək qanunun qəbul edilməsi gözlənilir.

 

Belə ki, 2019-cu ilin may ayından Avstriyada 14 yaşı olmayan məktəbli qızlar üçün hicab bağlamaq qanunla qadağan edilib. Yaxın vaxtlarda Almaniya da oxşar qanunu qəbul etmək niyyətindədir. Konstitusiya hüququ üzrə ixtisaslaşan siyasətçi Martin Nettesheim (55) tərəfindən bununla bağlı xüsusi hesabat hazırlanıb. Müəllif hesabatda əsaslandırmağa çalışır ki, belə bir qadağa Almaniya konstitusiyasına zidd deyil.

 

Bild.de nəşri oxucularının maraqlarını nəzərə alaraq başı örtüklü xanımların rəyini öyrənib. Onlar isə bunun qanuna uyğun olmadığını və öz iradələri ilə başlarını bağladıqlarını bildirblər. Onlar baş örtüyündən istifadəni qadağan edən qanunu dəstəkləmədiklərini bildiriblər. Bəzi hüquqşünaslar hesab edir ki, təhsil müəssisələrində hicab taxmağın qadağan edilməsi dini etiqad azadlığına və ya valideynlərin övladlarına qayğı və tərbiyə vermək hüquqlarına zidd olmayacaq. Buna baxmayaraq, bunu insan hüquq və azadlıqlarının pozulması kimi dəyərləndirənlər də kifayət qədərdir.

Müəllif: Ayna.az