Abşeronda azyaşlı anası tərəfindən mütəmmadi şiddət gördüyü üçün evdən qaçıb. Oxu.az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat verib.
O bildirib ki, Tunar adlı azyaşlı Abşeron Polis İdarəsinin əməkdaşı tərəfindən Birliyə gətirilib.
“Doqquz yaşı var, dörd gündür evdən qaçıb. Dediyinə görə, evdən qaçmasına səbəb anası tərəfindən mütəmadi olaraq şiddət görməsidir. Bədənində yetərincə izlər də var. Çapıq, kəsik izlərini Tunarın dediyinə görə, anası xəsarət yetirərkən alıb. Sumqayıtda, Xırdalanda kirayələrdə yaşayıblar. Tunar iki gün polis əməkdaşları ilə həmin ərazilərə aparılıb, ancaq anası tapılmayıb. Anasının adı Aysel, atasının adı Rasimdir. Soyadı Əhmədlidir”.
K.Ağazadə sonda qeyd edib ki, Tunarı tanıyanlardan +994555260888 nömrəsi ilə əlaqə saxlaması xahiş olunur.