Rusiyadan gətirilən ətirlərə “əl qoyuldu”

Hadisə

29.07.2019 - 12:33

Hazırda faktla bağlı araşdırma aparılır

 

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Xanoba" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

 

Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yuxarı yük üçün nəzərdə tutulmuş rəflərin axırında xüsusi düzəldilmiş gizli saxlanc yerindən 92 ədəd müxtəlif markalı ətirlər aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az