Bakıda məşhur ticarət obyekti yanır

Hadisə

23.06.2019 - 11:29

Metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən "X-Lady" mağazasın güclü yanğın baş verib

 

Bakının Nizami rayonu ərazisində yerləşən "X-Lady" mağazasında yanğın başlayıb. AYNA xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-dan çox texnikası cəlb olunub.

 

Hadisə ilə əlaqədar operativ qərargah yaradılıb. Hazırda alovun söndürülməsi işləri davam etdirilir.

 

Həmçinin Qara Qarayev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) AYNA-ya verilən məlumata görə, Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb.

Bu səbəbdən də 11, 12, 7A, 15, 22, 30, 32, 35, 36, 40, 44, 49, 50, 51, 57, 60, 62, 64, 81, 103, 105, 141, 214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.

Müəllif: Ayna.az