Azərbaycanda bir nəfər qarpızdan ölüb

Hadisə

11.07.2019 - 10:34

Həkimlər Klinikalar SEO Xidməti

Biləsuvar sakini zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub

 

Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümə səbəb olub. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb. 

 

Belə ki, kənd sakini 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub. 

 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

 

Məlumata görə, qadın yediyi qarpızdan zəhərlənib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş