Dövlət nümayəndələri gənclər və ziyalılarla görüşüblər
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna səfər edib. AYNA“Report”-a istinadən xəbər verir ki, spiker Marneuli gəncləri və ziyalıları ilə görüş keçirib.
Talakvadze rayonun qayğıları və yerli sakinləri narahat edən məsələlərlə tanış olub.
Görüşlərdə Marneuli rayonunun icra başçısı Zaur Darğallı, parlamentin deputatları Tamaz Naveriani, Savalan Mirzəyev, Marneuli sakrebulosunun sədri Amiran Giorqadze də iştirak edib.