Zaqatalada zəlzələ: <font color=red> Beş nəfər xəstəxanaya yerləşdirildi</font>

Hadisə

10.08.2019 - 17:28

Tibbi yardımdan sonra onlar evə buraxılıblar
 
Zaqatalada bu gün ərzində iki ədəfə zəlzələ hadisəsi qeydə alınıb. AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, səhər saatlarında  baş vermiş zəlzələ ilə bağlı Zaqatala MR Xəstəxanasına 5 nəfər müraciət edib. 
 
Bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində birinci zəlzələ qeydə alınıb. Daha sonra yerli vaxtla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə Zaqatala ərazisində ikinci zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
 
Gün ərzində rayon xəstəxanasına beş nəfər müraciət edib. Onlardan ikisi - Göyəm kənd sakini 1992-ci il təvəllüdlü Osmanova Ayşə Hacıməmməd qızı və Hüseynova Hürüney Ramazan qızı yüngül travma, üçü isə - şəhər sakinləri 1987-ci il təvəllüdlü Hüseyinova Saqibət Mayis qızı, 1960-cı il təvəllüdlü Pirəliyeva Sürəyya Cuma qızı və 1990-cı il təvəllüdlü Məmmədova Gülnarə Əli qızı stress, həyəcan və qorxu əlamətləri ilə daxil olub.
 
Xəstələrə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.
Müəllif: Ayna.az