Azərbaycanlı jurnalist Rusiyadan deportasiya olundu

Hadisə

26.06.2019 - 00:13

Həkimlər Klinikalar SEO Xidməti

Fuad Abbasov Rusiyanı tərk edərək Moskva saatı ilə 19:40-da Bakıya yola düşüb

 

Rusiyada saxlanılmış azərbaycanlı jurnalist Fuad Abbasov Azərbaycana deportasiya edilib. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat Abbasovun facebook səhifəsində paylaşılıb.

 

“Bu gün jurnalist Fuad Abbasov azadlığa çıxıb və Rusiyanı tərk edərək Moskva saatı ilə 19:40-da Bakıya yola düşüb” - deyə paylaşımda qeyd olunub.

 

"Report" isə xəbər verir ki, Fuad Abbasov artıq Bakıya gətirilib. “Bu gün axşam saatlarında Rusiyadan Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasovu gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Onu hava limanında yaxınları və ictimaiyyət nümayəndələri qarşılayıblar” – deyə məlumatda bildirilir.

Müəllif: Ayna.az