İrandan gələn həmyerlimizin bağırsağından narkotik çıxıb

Hadisə

15.11.2019 - 15:39

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb

 

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual olunub. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.

 

Daha sonra daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb və rentgen müayinəsindən keçirilib. Müayinə zamanı onun düz bağırsağında gömrük nəzarətindən gizlədilən 2 ədəd bükümdə, ümumi çəkisi 7 qram olan açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin və çəkisi 3 qram olan ağ rəngli, psixotrop maddə - metamfetamin aşkarlanıb.

 

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az