Qəzaya uğrayan təyyarənin pilotunun manevrləri – <font color=red> VİDEO</font>

Xəbərlər

25.07.2019 - 18:06

Görüntülər 2018-ci ilin oktyabr ayında lentə alınıb

 

Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin təlimlərdən görüntüləri yayımlanıb.

 

Görüntülər ötən ilin oktyabrında Real TV-də yayımlanan “Şahinlər” filmindəndir. Filmdə iştirak edən pilotlardan biri də R.Atakişiyevdir. O, idarə etdiyi qırıcı ilə havada təhlükəli manevrlər edib. Görüntülər 2018-ci ilin oktyabr ayında lentə alınıb.

 

Xatırladaq ki, polkovnik-leytenant tanınmış politoloq Qabil Hüseynlinin kürəkəndir və hərbi hissə komandirinin müavini olub.

 

Müəllif: Ayna.az