Qaxda ev yanıb

Xəbərlər

05.09.2019 - 01:22

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Qax rayonunun Tasmalı kəndində ümumi sahəsi 165 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. 

 

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. 

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə