Gizli çəkiliş aparan yol polisinin özü kameraya düşdü – <font color=red> VİDEO</font>

Hadisə

24.07.2019 - 12:02

Həkimlər Klinikalar SEO Xidməti

Təlimata əsasən, yol polisinin gizli xidmət aparması qadağandır

 

Gəncədə gizli xidmət aparan YPX əməkdaşı kameraya düşüb. AYNA xəbər verir ki, bu barədə avtosfer.az-a Gəncə sakinlərindən biri şikayət göndərib.

 

Vətəndaşın dediyinə görə, 99 YP 226 dövlət nömrə nişanlı patrul avtomobili hər gün Nizami Gəncəvi məqbərəsinin yaxınlığında xidmət aparır: “Ən maraqlısı da odur ki, yolun kənarında ağacların arxasında partul avtomobilini saxlayır”.

 

Təlimata əsasən, yol polisinin gizli xidmət aparması qadağandır. Amma görünür ki, bu əməkdaşlar hələ köhnə qaydaları tətbiq edirlər. Bəlkə də təlimatın dəyişməsindən xəbərləri yoxdur.

 

Videonu təqdim edirik:

 

Müəllif: Ayna.az