Qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib
Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.
Bu barədə AYNA Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.