Bakıda avtomobil ana ilə 6 aylıq körpəsini vurub

Hadisə

09.08.2019 - 12:55

Yaralılar hadisə şahidlərinin köməkliyi ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıblar

 

Aeroport yolunda, Sabunçu keçidinin yanında avtoqəza baş verib. Qəza nəticəsində iki nəfər xəsarət alıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNAya verilən məlumata görə, yaralılar hadisə şahidlərinin köməkliyi ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıblar: “Yaralılardan birinə - 30 yaşlı qadına alın nahiyəsinin kəsilmiş yarası, digərinə - qadının  aylıq qızına isə qapalı kəllə beyin travması və təpə sümüyünün zədələnməsi diaqnozları qoyulub”.

 

“Yaralılar təcili tibbi yarımın köməyi ilə Elmi-Tədqiqat Pediatriya İnstitutundan Kliniki Tibbi Mərkəzə aparılıblar. Hazırda müalicələri davam etdirilir”, – deyə bildirilib.

Müəllif: Ayna.az