Göyçayda toy karvanı qəzaya uğradı - 6 yaralı

Hadisə

17.08.2019 - 22:32

Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər

 

Göyçay rayonunda yol  qəzası baş verib. AYNA "Report"-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 215-ci km-də, Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.

 

Bakı istiqamətində hərəkətdə olan "VAZ" markalı minik maşını qarşı tərəfdən gələn toy karvanında hərəkət edən avtomobil ilə toqquşub. Qəza nəticəsində minik maşınlarında olan hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralanan 6 nəfər dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az