Qaradağda ev yanıb

Hadisə

29.11.2019 - 10:40

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

 

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və əşyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az