General Ramiz Rzayevin qohumunun qətli rəsmən təsdiqləndi: <font color=red> TUTULANLAR VAR</font>

Hadisə

02.09.2019 - 12:28

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib

 

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

 

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində törədildiyi müəyyən edilib.

 

Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Babaverdiyev, C.Cavadlı və R.Bünyatzadə saxlanılıblar. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, Yasamaldakı qətllə bağlı dünən məlumat yayılmışdı. AYNA BakuPost-a istinadən xəbər vermişdi ki, qətlə yetirilən şəxs Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) rəisi, polis general-mayoru Ramiz Zeynalovun qayını oğludur.

Ayna.az