Yetmiş iki yaşlı nazir bıçaqlandı - <font color=red> VİDEO</font>

Hadisə

10.10.2019 - 12:45

Yaralı nazir xəstəxanaya yerləşdirilib

 

İndoneziyanın təhlükəsizlik naziri Viranto Yava adasına səfəri zamanı hücuma məruz qalıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Yava adasının Banten bölgəsinin Pandeglang qəsəbəsində naməlum şəxs bıçaqla Virantoya hücum edib.

 

Yaralı nazir xəstəxanaya yerləşdirilib.

Son dakika… Endonezya Güvenlik Bakanı saldırıya uğradı

İndoneziya polisinin sözçüsü Dedi Prasetyo hücumu təsdiqləyib və bildirib ki, nazirə hücum edən şəxslə birlikdə bir qadın da tutulub.

 

İŞİD üzvü olduğu ehtimal edilən təcavüzkarın görüntüləri sosial mediada yayılıb.

Qeyd edək ki, 72 yaşlı Viranto 2016-cı ildən Təhlükəsizlik naziri vəzifəsində çalışır.

Müəllif: Ayna.az