Hadisə Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində qeydə alınıb
Cəlilabad rayonunda ağır yol qəzası baş verib. AYNA-nın əldə etdiyi məlumata görə, avtomobilin aşması ilə nəticələnən hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb.
Yol qəzası nəticəsində 1 nəfərin həlak olduğu, 3 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma başlayıb.