Dünən ölkədə 17 cinayətin üstü açılıb

Hadisə

28.08.2019 - 11:06

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

 

Daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin də açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Müəllif: Ayna.az